Hesablama Palatasının rəsmi internet səhifəsi yeni veb-ünvanda fəaliyyət göstərəcək

Hesablama Palatasının rəsmi internet səhifəsi yeni veb-ünvanda fəaliyyət göstərəcək
10:41 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Hesablama Palatasının (HP) rəsmi internet səhifəsi yeni dizaynda və yeni “www.sai.gov.az” adı ilə fəaliyyətə başlayıb.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə palata məlumat yayıb.
 
Yeni sayt HP-nin fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumatları əks etdirməklə palatanın ötən illər üçün rəyləri, fəaliyyəti üzrə hesabatlar, keçirilmiş kollegiya iclasları və müxtəlif tədbirlərlə bağlı məlumatlar ictimaiyyətə təqdim olunub.
 
Sayt vasitəsilə başa çatmış audit tədbirlərinin nəticələri, həmçinin  Hesablama Palatasının ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərlə bağlı məlumat almaq, eyni zamanda palatada potensialın gücləndirilməsi istiqamətində həyata keçirilmiş layihələr və beynəlxalq əməkdaşlıq istiqamətləri üzrə materiallarla tanış olmaq mümkündür.
 
CAHANGİR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40168-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR