"SOCAR Türkiyə": "1 saniyə belə itirmək olmaz"

"SOCAR Türkiyə": "1 saniyə belə itirmək olmaz"
10:44 7 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) reallaşdırılması istiqamətində 1 saniyə belə itirmək olmaz".

"APA-Economics"in xəbərinə görə, bu barədə "SOCAR Türkiyə"nin baş icraçı direktoru Kənan Yavuz "Anadolu" agentliyinə açıqlamasında deyib.

 

K. Yavuz bildirib ki, Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya rəsmi səfəri çərçivəsində TANAP-ın tikintisinin sürətləndirilməsi barədə siyasi qərar qəbul edilib.

 

"Anlayırıq ki, layihənin tikintisi maksimum tez qurtarmalıdır. Podratçı şirkətlərlə yenidən söhbətlər aparılacaq, tikinti işləri 24 saatlıq rejimdə aparılacaq. Bir saniyə belə itirə bilmərik", - deyə K. Yavuz bildirib.

 

Türkmənistan qazının da Avropaya TANAP-la nəql olunmasına işarə edən K. Yavuz bildirib ki, kəmərin illik ötürücülük qabiliyyəti 31 mlrd. kubmetrə qalxa bilər.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR