Avropa Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Monako" gələn ay Joao Moutinyo ilə vidalaşacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi komandasının Liqa-1-də çempionluq mübarizəsi apara bilməməsindən narazıdı. Bundan əlavə, Fransa çempionatının səviyyəsi 29 yaşlı futbolçunu tam qane etmir.
Moutinyonu "Yuventus" və Dortmund "Borussiya"sı heyətlərində görmək istəyirlər. Hər iki komanda təcrübəli yarımmüdafiəçi ilə danışıqlara artıq start verib.
Qeyd edək ki, "Monako"nun Avroliqada "Qarabağ"la keçirdiyi hər 2 görüşdə Moutinyo 90 dəqiqə meydanda olub.
Milli.Az