“Qadın anadır, qadın həyat yoldaşıdır, qadınlara qarşı zorakılığa son deyək” şüarı altında tədbir keçirilib

“Qadın anadır, qadın həyat yoldaşıdır, qadınlara qarşı zorakılığa son deyək” şüarı altında tədbir keçirilib
17:13 7 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 7 dekabr, AZƏRTAC
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gender bərabərliyi, qadın hüquqları, insan alverinin qarşısının alınması ilə bağlı “Biz bərabərik” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov öz təqdimatı ilə çıxış edib. Çıxışında komitənin nümayəndəsi ölkədə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması və qadınların maarifləndirilməsi, dünyada insan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə, onların müxtəlif təzahür formaları üzrə təlim iştirakçılarına məlumat verdi.
Sosioloq-psixoloq Ramil Əliyev, 326 saylı tam orta məktəbin psixoloqu Sevinc Manaflı, Xəzər rayon MKS-in fəal oxucuları Səadət Hüseynova və Qafarova Natəvan müzakirədə iştirak etdilər.
Təlimdə ali və orta təhsil ocaqların tələbələrinə, kitabxana, kütləvi informasiya vasitələri əməkdaşları, psixoloqlar, məktəb müəllimləri iştirak ediblər.
Azərbaycanda insan hüquqları xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Bununla bağlı qanunların qəbulu və müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsi ilə yanaşı bu məsələdə vətəndaş cəmiyyətinin də rolu çox böyükdür. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadin_anadir_qadin_heyat_yoldasidir_qadinlara_qarsi_zorakiliga_son_deyek_suari_altinda_tedbir_kechirilib-908978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR