“Xəstələrlə görüşdüm, söhbət etdim. Əksəriyyətinin sağlamlıq durumunda hər hansı problem yoxdur. Həyatlarına təhlükə yoxdur, həkimlər tərəfindən müalicələri aparılır".
APA-nın məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan neftçiləri ziyarət edən baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, hazırda xəstəxanada müalicə olunan 13 nəfərin səhhətində ciddi problem müşahidə olunmur: “Çox qısa zamanda onların əksəriyyəti evlərinə buraxılacaqlar".
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti baş verən hadisəyə dərindən təəssüflənir: "Biz belə bir hadisədən təəssüflənirik, həlak olan və itkin düşən insanlar var. Onların tapılması istiqamətində zəruri addımlar atılır. Eyni zamanda hesab edirəm ki, cənab prezidentin matəm elən etməsi düzgün qərardır”.