"O səs Türkiyə" yarışına daha bir azərbaycanlı qatılıb.

Milli.Az xəbər verir ki, Ravi Əkbər adlı ifaçı Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını oxuyub. Münsiflərdən müğənni Ebru Gündeş və Murad Boz sənətçinin ifasını bəyəniblər. Ravi Əkbərin seçimi Murad Boz olub.

Qeyd edək ki, yarışın digər münsifləri müğənni Hadisə, Gökhan və Hakan Özoğuz qardaşlarıdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
Azərbaycanlı iştirakçı "O səs Türkiyə" münsiflərinin üzünü güldürdü - VİDEOAzərbaycanlı iştirakçı