​Astarada iktin düşən və həlak olan neftçilərin xatirəsi anılıb

​Astarada iktin düşən və həlak olan neftçilərin xatirəsi anılıb
11:27 8 Dekabr 2015
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Astara royununda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olan və itkin düşənlərin xatirəsi anılıb.
"Report"un məlumatına görə, rayonun bir qrup gəncin təşkil etdiyi aksiyada dənizin sahilinə qərənfillər düzülüb. Astara şəhərinin park-bulvar ərazisində səhər saat 10:00-dan başlayan anım mərasimi gün ərzində davam edəcək.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı davam etdirilir.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR