Bakıda BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin büro iclası keçirilir

11:28 8 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın 25 illiyinə həsr olunmuş büro iclası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin 1990-cı il 18 dekabr tarixində qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”sına ötən dövrdə 60-dan çox ölkənin qoşulduğunu qeyd edib. Nazir Azərbaycanın 1998-ci ilin 11 dekabrında həmin sənədi qəbul etdiyini və regionda bu Konvensiyaya qoşulan ilk ölkələr sırasında olduğunu bildirib. O, qeyd edib ki, dünya ölkələrinin inteqrasiyasının güclənməsi və qloballaşma prosesi ilə müşayiət olunan miqrasiya proseslərinin tənzimlənməsi müasir dövrün aktual problemlərindən birinə çevrilib. Hazırda dünyada hər 35 nəfərdən biri, yəni dünya əhalisinin 3 faizə yaxını beynəlxalq miqrantdır.
S.Müslümov bildirib ki, müasir dünyada baş verən müxtəlif siyasi və iqtisadi proseslər miqrasiyanın, xüsusi ilə sosial-iqtisadi miqrasiyanın miqyasının genişlənməsində təsirli rol oynamaqdadır. Hazırda mövcud miqrantların böyük əksəriyyətini əməkçi miqrantlar təşkil edir ki, bu da onlarla bağlı problemlərə xüsusi diqqət yetirilməsini və bununla bağlı bir çox məsələlərdə dövlətlər tərəfindən vahid yanaşmanın tətbiq olunmasını zəruri edir. Diqqətə çatdırıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycanda da miqrasiya prosesləri meydana gələrək genişlənməyə başlayıb. Həmin dövrdə respublikamızda mövcud olmuş siyasi və iqtisadi problemlər, xüsusilə də Ermənistanın ölkəmizə hərbi təcavüzü, bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması və 1 milyondan çox vətəndaşımızın ölkədaxili qaçqına çevrilməsi səbəbindən Azərbaycandan xarici ölkələrə emiqrasiya böyük vüsət almışdı. Ermənistanın işğalı nəticəsində 300 mindən çox iş yerinin itirilməsi də əhalinin xaricə miqrasiyasına təkan verən başlıca amillərdən biri idi.
Nazir vurğulayıb ki, 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar edilib. İqtisadiyyata xarici investisiyaların cəlb olunması, neft yataqlarının işlənməsi üzrə beynəlxalq layihələrin həyata keçirilməsi təmin olunub. Bunların nəticəsində respublikadan xarici ölkələrə gedənlərin sayı azalmaqla, əcnəbilərin ölkəmizə əmək miqrantları kimi gəlməsinə başlanılıb. Xüsusən 2003-cü ildən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sürətli sosial-iqtisadi inkişafa start verməsi bu prosesləri genişləndirib.
S.Müslümov miqrasiya proseslərinin genişləndiyi bir şəraitdə bu proseslərin dövlət tərəfindən tənzimlənməsinə xüsusi diqqət yetirildiyini, ilk növbədə qanunvericilik bazasının yaradılmasına başlanıldığını qeyd edib. Diqqətə çatdırıb ki, istər əcnəbilərin Azərbaycan Respublikasına, istərsə də ölkə vətəndaşlarının xarici ölkələrə miqrasiyasını tənzimləyən zəruri normativ-hüquqi aktlar qəbul olunub. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi prosesi mütəmadi xarakter daşıyıb və 2013-cü ildə miqrasiya proseslərinin bütün aspektlərini əhatə edən Miqrasiya Məcəlləsi qəbul olunub.
Qanunvericiliyin təkmilləşdirilməsində ölkəmizin qoşulduğu beynəlxalq konvensiyaların tələblərinin nəzərə alındığını bildirən S.Müslümov müxtəlif normativ-hüquqi aktların həmin konvensiyalara uyğunlaşdırıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Miqrasiya sahəsində qanunvericiliyin və idarəetmənin təkmilləşdirilməsi miqrasiya proseslərinə nəzarətin gücləndirilməsində, bürokratik əngəllərin aradan qaldırılmasında, əməkçi miqrantların hüquqlarının daha səmərəli müdafiə edilməsində mühüm rol oynayıb.
Azərbaycanın miqrasiya proseslərinin tənzimlənməsinə xüsusi önəm verdiyini qeyd edən nazir bildirib ki, tənzimlənməyən miqrasiya prosesləri ölkələr üçün sosial-iqtisadi sahədə bir sıra ciddi problemlərə səbəb olur. S.Müslümov: “Ən əsası isə bu proseslərin idarə olunmaması miqrantların həyat və sağlamlığı üçün böyük risklər yaradır, onların hüquqlarının qorunmasını çətinləşdirir. Azərbaycanın miqrasiya sahəsindəki siyasəti ölkənin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı miqrantların, o cümlədən də əməkçi miqrantların həyat və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəlib”.
S.Müslümov hazırda ölkəmizdə əmək miqrasiyası proseslərinin sürətlə genişləndiyini və Azərbaycanın təyinat ölkəsinə çevrildiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, vətəndaş cəmiyyətinin bərqərar olması, ölkə iqtisadiyyatının sürətli inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir. İnkişaf templərinə görə ölkəmiz bu gün dünya dövlətləri arasında ön sıralardadır.
Ölkəmizdə əldə olunan mühüm sosial-iqtisadi nailiyyətləri diqqətə çatdıran nazir bütün bunların ölkəmizi xarici işçi qüvvəsi üçün də cəlbedici ölkəyə çevirdiyini bildiri. Qeyd edib ki, 2014-cü ildə ölkədə iş icazəsi əsasında işləyən əcnəbilərin sayı 12000 nəfər olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 6,6 dəfə çoxdur. S.Müslümov həmçinin Azərbaycanda multikulturalizm ənənələrinin və tolerantlıq mühitinin mövcud olmasının miqrantların ölkəmizə axınını stimullaşdıran amillərdən biri olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, miqrantların hüquqlarının səmərəli müdafiəsi qanunvericiliyin təkmilləşdirilməsi işlərinin əsas istiqamətlərindən biridir. Milli qanunvericilikdə əməkçi miqrantların Azərbaycan Respublikası vətəndaşları ilə eyni sosial və əmək hüquqlarına malik olmasının təsbit edilməsi, onların ailə üzvləri ilə birləşmələrinə hər hansı formada məhdudiyyətin qoyulmaması, onlar üçün təhsil imkanlarının yaradılması, Azərbaycan vətəndaşları ilə nigahda olan əcnəbilərin icazə tələb olunmadan vətəndaşlarla eyni əsaslarda işə qəbulu və s. buna misal ola bilər. Qanunvericiliyə əsasən, əməkçi miqrantlara qarşı hər-hansı formada ayrıseçkiliyə yol verilməsi birmənalı şəkildə qadağandır və onların sosial və mədəni hüquqları tanınır. Müvafiq dövlət orqanları tərəfindən bu sahədəki qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət həyata keçirilir, həmçinin qeyri-qanuni miqrasiya, məcbiri əməyə cəlb edilmə kimi arzuolunmaz halların qarşısının alınması üzrə zəruri tədbirlər görülür.
S.Müslümov bildirib ki, ölkəmiz “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”ya qoşulduqdan sonrakı dövrdə miqrasiya proseslərinin idarə olunması sahəsində ardıcıl islahatlar həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Diqqətə çatdırıb ki, Azərbaycan Konvensiya üzrə götürdüyü öhdəliklərin icrasına xüsusi önəm verir. Azərbaycanın Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 2009-cu ildə ilkin, 2013-cü ildə ikinci dövrü hesabatı BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Komitəsində müzakirə edilib və bu hesabatlar müsbət qiymətləndirilib.
Nazir Komitə tərəfindən verilən tövsiyələrin miqrasiya proseslərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərdə və aparılan islahatlarda nəzərə alındığını bildirib. Miqrasiyanın müasir dünyada baş verən sosial-iqtisadi, həmçinin siyasi proseslərin ayrılmaz hissəsinə çevrildiyini qeyd edən S.Müslümov əlavə edib ki, miqrasiya dinamik prosesdir və öz forma və xüsusiyyətlərinə, istiqamətlərinə görə daim dəyişir. Bununla da yeni çağırışlar və problemlər yaradır ki, onların da həlli yalnız birgə fəaliyyət, əməkdaşlıq nəticəsində mümkündür. Qeyd edib ki, "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya" belə əməkdaşlıq üçün zəruri müstəvi yaradır.
S.Müslümov vurğulayıb ki, Azərbaycan əməkçi miqrantların hüquqlarının müdafiəsi, miqrasiya problemlərinin həlli istiqamətində beynəlxalq təşkilatlarla, maraqlı dövlətlərlə, həmçinin vətəndaş cəmiyyətləri ilə hərtərəfli əməkdaşlıq edir və bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması sahəsində görülən işlərdən bəhs edib. O, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə yanaşı, iş icazəsi almış miqrantların əmək fəaliyyəti üçün əlverişli şərait yaradılmasının diqqətdə saxlanıldığını qeyd edib.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə müasir çağırışlara çevik reaksiya verən və beynəlxalq standartlara uyğun qurulan sığorta-pensiya sisteminin əməkçi miqrantların da etibarlı sosial müdafiəsini təmin etdiyini bildirib. Azərbaycan vətəndaşları ilə yanaşı, Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olub gəlir əldə edən xarici vətəndaşlar da məcburi dövlət sosial sığorta haqlarının ödəyicisidirlər. 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinin həyata keçirildiyini vurğulayan Fond sədri fərdi uçot sistemində qeydiyyata alınan əməkçi miqrantların sayının ilbəil artdığını, beləliklə də onların gələcəkdə sosial təminat və pensiya hüququna malik olmalarına şərait yarandığını bildirib.
Mili Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli əməkçi miqrantlarla bağlı milli qanunvericiliyin müvafiq beynəlxalq Konvensiyaların prinsipləri ilə uyğunluq təşkil etdiyini, həmin insanların əmək və sosial hüquqlarının müdafiəsinə daim xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.
BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin sədri Fransisko Karron miqrasiya proseslərinin tənzimlənməsi, əməkçi miqrantların bütün hüquqlarına, o cümlədən əmək və sosial müdafiə hüquqlarına hörmətlə yanaşılması, onların intellektual və əmək potensialından səmərəli istifadə edilməsi sahəsində ölkəmizin təcrübəsini yüksək dəyərləndirib. F.Karron ölkəmizdə bu sahədə müsbət təcrübənin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ölkəmizdə qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrantlar üçün yaradılan şəraitin müvafiq beynəlxalq konvensiyalara cavab verdiyini qeyd edib.
İclas “Miqrasiya proseslərinin idarə edilməsi sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər” mövzusunda təqdimatla və əməkçi miqrantların, onların ailə üzvlərinin hüquqlarının qorunması məsələlərinin müzakirəsi ilə davam edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İki zənglə qarşısı alınan MÜHARİBƏ, ərazilərin qaytarılması üçün HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Sentyabr 2017 20:03

Vüqar Rəhimzadə: "Azərbaycan Prezidenti BMT-nin ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi"

21 Sentyabr 2017 20:02

İraqdakı azərbaycanlı İŞİD-çi ailələrin taleyi barədə şok təfərrüatlar -

21 Sentyabr 2017 20:02

Təhsil Nazirliyi yanında daimi şuralar məşvərətçi orqan kimi fəaliyyət göstərəcək

21 Sentyabr 2017 19:52

İtaliyanın məşhur dizayneri modapərəstləri BELƏ TƏƏCCÜBLƏNDİRDİ - FOTO

21 Sentyabr 2017 19:48

Sabah Azərbaycanda Avropa Çempionatı başlayır

21 Sentyabr 2017 19:44

Tramp Şimali Koreya barədə bəyanat verəcək

21 Sentyabr 2017 19:38

TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib

21 Sentyabr 2017 19:38

ÜTT 2017-ci ildə qlobal ticarət həcmindəki artım ilə bağlı proqnozunu yaxşılaşdırıb

21 Sentyabr 2017 19:32

İlham Əliyev Mali Prezidentini təbrik etdi

21 Sentyabr 2017 19:23

Dondurmadan 250 min AZN dəyərində "Porsche" qazandı -

21 Sentyabr 2017 19:16

Bakıda müğənniləri hədələyib pulunu alan şəxslərin məhkəməsi başlayıb

21 Sentyabr 2017 19:12

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxıldı - VƏZİYYƏTİ AĞIRDIR

21 Sentyabr 2017 19:08

Nizami metro stansiyasında sərnişinlərdən birinin vəziyyəti pisləşdi

21 Sentyabr 2017 19:05

"Etihad Airways" ödəniş sistemində yenilik edib

21 Sentyabr 2017 19:02

Xamaneyi: "Tramp aciz və başıboşdur"

21 Sentyabr 2017 18:59

AZTV sədrinə sui-qəsd ittihamı - 4,6 milyonluq DƏLƏDUZLUQ

21 Sentyabr 2017 18:53

TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib

21 Sentyabr 2017 18:52

Bakı-Sumqayıt avtobuslarında reyd

21 Sentyabr 2017 18:42

Azərbaycanda qəbul və buraxılış imtahanları bundan sonra belə olacaq - YENİ QAYDALAR

21 Sentyabr 2017 18:39

Qəbul imtahanında MÜHÜM YENİLİK: fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

21 Sentyabr 2017 18:38

DİM: Qəbul imtahanlarında fənlərin sayı azaldılacaq

21 Sentyabr 2017 18:37

“Android” əməliyyat sistemində yeni mobil ziyanverici proqram aşkarlanıb

21 Sentyabr 2017 18:35

AZTV sədrinə sui-qəsddə təqsirləndirilən şəxs həbs edilib

21 Sentyabr 2017 18:34

Azərbaycan tranzit daşımalar üzrə “e-TİR” layihəsinə qoşulur

21 Sentyabr 2017 18:32

Kartof börəyinin hazırlanması

21 Sentyabr 2017 18:30

Aleksandr Novak: "Hazırkı neft qiymətləri hamıya uyğundur"

21 Sentyabr 2017 18:27

"Qəbələ" - "Neftçi" oyununu kim idarə edəcək?

21 Sentyabr 2017 18:27

Hicran Hüseynova: “Məqsədimiz Azərbaycanda mövcud olan ailə mühitli cəmiyyəti qorumaqdır”

21 Sentyabr 2017 18:27

İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub - FOTOLAR

21 Sentyabr 2017 18:24

Kasıb necə VARLANA BİLƏR? - Hər kəsi zəngin edəcək YƏHUDİ ÜSULLARI

21 Sentyabr 2017 18:23

İlham Əliyev Mali Prezidentini təbrik edib

21 Sentyabr 2017 18:23

Azərbaycan Premyer Liqasında VI turun hakim təyinatları açıqlanıb

21 Sentyabr 2017 18:22

Bakıda “Mübarizlər” yarışı keçiriləcək

21 Sentyabr 2017 18:19

Zakir Həsənov komandirlərə yeni tapşırıqlar

21 Sentyabr 2017 18:15

Şadlıq sarayında namaz qılmaq düzgündürmü? - VİDEO

21 Sentyabr 2017 18:13

Səngəçal terminalının genişləndirilməsi işləri 99,8% icra olunub

21 Sentyabr 2017 18:12

Nazirlər Kabinetində 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə baxılıb

21 Sentyabr 2017 18:12

Telefonlara ekran qoruyucusunu bu üsulla taxın

21 Sentyabr 2017 18:11

Mətanətin bu geyimi söz-söhbət yaratdı

21 Sentyabr 2017 18:09

Xarici işlər naziri Trampı təhqir etdi

21 Sentyabr 2017 18:08

Azərbaycan Prezidenti Mali dövlət başçısını təbrik edib

21 Sentyabr 2017 18:07

Qazaxıstan - Azərbaycan gənclər günlərinə star verildi - FOTOLAR

21 Sentyabr 2017 18:07

Türkiyə ordusu sərhədi keçdi

21 Sentyabr 2017 18:03

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü

21 Sentyabr 2017 17:59

Suriyadan atılan mərmi Türkiyə ərazisinə düşüb

21 Sentyabr 2017 17:59

Bakıda II “Bankçılıq Forumu” keçiriləcək

21 Sentyabr 2017 17:57

Yaponiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

21 Sentyabr 2017 17:57

Mister Bin: "Toni Bleyrin baş nazir olacağı ağlıma gəlməzdi" - MÜSAHİBƏ - FOTOLAR

21 Sentyabr 2017 17:53

"SOCAR Polymer" layihəsi üzrə işlər qrafikə uyğun irəliləyir

21 Sentyabr 2017 17:52