Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazları Bakı Fond Birjasında yerləşdiriləcək

Azərbaycan İpoteka Fondunun təmin edilmiş istiqrazları Bakı Fond Birjasında yerləşdiriləcək
13:03 8 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 10-da Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, hərraca 4 milyon manat həcmində istiqraz çıxarılacaq. İstiqrazları əldə etmək istəyənlər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilatlara müraciət edə bilərlər. İstiqrazlar 2024-cü il noyabrın 21-də ödəniləcək. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində Azərbaycan Respublikasının Mərkəzi Bankı iştirak edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR