Sertifikasiya zamanı praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə əlavə sullar vermək qadağan edilir

Sertifikasiya zamanı praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə əlavə sullar vermək qadağan edilir
16:32 8 Dekabr 2015
39 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda bundan sonra sertifikasiya zamanı praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə əlavə sullar vermək qadağan edilir. "Report" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 
Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, sertifikasiya zamanı praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə, onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.
Komitə sədri Hadi Rəcəbli məcəlləyə təklif olunan dəyişikliyin çox əhəmiyyətli və vacib olduğunu deyib.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR