​Türkiyə prezidentinin oğlu İŞİD-lə bağlı iddialara münasibət bildirib

​Türkiyə prezidentinin oğlu İŞİD-lə bağlı iddialara münasibət bildirib
16:57 8 Dekabr 2015
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 dekabr. REPORT.AZ/ "Bizim müəssisə inşaat şirkətidir. Ancaq bizim Aralıq dənizi bölgəsində, Suriya və ya İraqda heç bir biznesimiz yoxdur".
"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.
"Qardaşınızın İŞİD-lə ticarət əlaqəsində ola bilərmi" sualını isə Bilal Ərdoğan belə cavablandırıb: "Onun yük maşınları var. Ancaq bu maşınlarla neft daşımaq mümkün deyil".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və Suriyadakı rejimin xarici işlər nazir Valid Müəllim Rəcəb Tayyib Ərdoğan ailəsinin terrorçu İŞİD-lə ticarət əlaqəsi saxladıqlarını iddia etmişdi. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-prezidentinin-oglu-i-sid

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR