Dədə Qorqud eposu polyak dilində

Dədə Qorqud eposu polyak dilində
08:59 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycanın tanıdılması məqsədilə silsilə tədbirlər görülməkdədir. Azərbaycanın Polşadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti, Ədəbiyyatı, Fəlsəfə və Etikası, İncəsənəti, Musiqisi, Memarlığı, Tarixi, Eposları, Mətbəxi və Azərbaycan-Polşa seriyalarında 34 adda kitab artıq nəşr olunub.

 

Bununla əlaqədar, “Azərbaycan Eposları” seriyasında polyak dilində “Dədə Qorqud” dastanı Azərbaycanının Polşadakı səfirliyinin, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Adam Mitskieviç adına Poznan Universitetinin birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Polşa Respublikasının Mərkəzi və Universitet kitabxanalarına göndərilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR