Ermənilərin atdığı mərmi 16 yaşlı uşağı yaraladı

Ermənilərin atdığı mərmi 16 yaşlı uşağı yaraladı
12:57 9 Dekabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, ermənilərin açdığı atəş nəticəsində rayonun Quşçu Ayrım kənd sakini 16 yaşlı Tural Sadıqov yaralanıb.

Zərərçəkənin yaxınlarının "Report"a verdikləri məlumata görə, qarşı tərəfin atdığı mərmilərdən biri Sadıqovların həyətinə düşüb. Bu zaman həyətdə olan T.Sadıqov əlindən yaralanıb. Yaralı Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Əməliyyat olunan T.Sadıqovun vəziyyətini həkimlər kafi qiymətləndirirlər.

Qeyd edək ki, Ermənistan ordusu son günlər fəallaşaraq daha çox iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR