Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş konfrans keçiriləcək

Cahangir Zeynalovun 150 illiyinə həsr olunmuş konfrans keçiriləcək
15:23 9 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 21-də Azərbaycan Teatr Xadimləri İttifaqında görkəmli aktyor və teatr xadimi, Azərbaycan professional teatrının banilərindən biri, pedaqoq Cahangir Zeynalovun anadan olmasının 150 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.
Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, konfransda sənətkarın həyat və yaradıcılığı ilə yanaşı, teatr və kino tarixindəki misilsiz xidmətlərinə dair məruzələr də dinləniləcək.
Tədbir Prezident İlham Əliyevin Azərbaycan professional teatrının banilərindən sayılan Cahangir Zeynalovun 150 illiyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamına əsasən təşkil olunacaq.
Qeyd edək ki, Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. Onun yüksək əhəmiyyətə malik sənət məktəbinin parlaq ənənələri böyük səhnə ustaları tərəfindən bu gün də davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cahangir_Zeynalovun_150_illiyine_hesr_olunmus_konfrans_kechirilecek-909641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR