"Real"In futbolçusu Pikeyə cavab verdi

Bildiyiniz kimi, "Real" cəzalı futbolçu oynatması səbəbindən İspaniya Kral Kubokundan xaric olunmuşdu. Qərar ərəfəsində "Barselona"nın müdafiəçisi Jerar Pike "Twitter"də atdığı tvitlə Madrid klubunu məsxərəyə qoymuşdu.

"Real" cəbhəsinin cavabı gecikməyib. Alvaro Arbeloa məsələyə belə münasibət bildirib:

"Daha bir dəfə Pikenin "Real"ı necə yumoristik şəkildə müzakirə etdiyini gördük. "Barselona"nın son 10 ili "Real"ın tarixi ilə müqayisə oluna bilməz".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR