Pep Qvardiola: "Mən maksimum nəticə istəyirəm"

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Zaqreb "Dinamo"su ilə oyunöncəsi mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Təcrübəli mütəxəssis komandasının pley-offa vəsiqənin təmin edildiyini bilərək oynamasının onun üçün xoş hal olduğunu bildirib:

"Pley-offa vəsiqənin təmin edildiyini bilərək son görüşləri oynamaq xoşuma gəlir. Bununla belə, mən heç vaxt Çempionlar Liqasının hansısa bir oyununda hər şeyini ortaya qoymaqdan çəkinəcək futbolçu görməmişəm. Bu, Avropanın ən yaxşı turniridi. Biz xallar və nüfuzumuz üçün oynayırıq. Mən maksimum nəticə istəyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR