Hesablama Palatasının nümayəndə heyəti Dohada konfransda iştirak edib

Hesablama Palatasının nümayəndə heyəti Dohada konfransda iştirak edib
18:53 9 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Dohada Ali Audit Qurumlarının (AAQ) Avropa və ərəb ölkələri üzrə regional təşkilatlarının 5-ci birgə konfransında iştirak edib.
Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, konfransda 35 ölkədən nümayəndə heyəti iştirak edib. EUROSAI (Ali Audit Qurumlarının Avropa Təşkilatı) və ARABOSAI (Ali Audit Qurumlarının Ərəb Təşkilatı) təşkilatlarının bu konfransı maliyyə böhranı risklərinin qiymətləndirilməsi və burada AAQ-ların artan rolu məsələlərinə həsr edilib. Birgə konfransın iclasları üç gün ərzində "Böhrandan çıxış planlarının icrasının monitorinqində AAQ-ların rolu" və "Maliyyə böhranı riskinə qarşı xəbərdarlıq etməkdə AAQ-ların gələcək rolu haqqında anlayışlar" alt-mövzuları üzrə müzakirə panelləri şəklində təşkil olunub.
Hesablama Palatasının sədri "Maliyyə böhranı riskinə qarşı xəbərdarlıq etməkdə AAQ-ların gələcək rolu haqqında anlayışlar" mövzusunda məruzə edib. Palata sədri maliyyə hesabatlılığının artırılmasının və maliyyə inzibatçılığının gücləndirilməsinin maliyyə böhranlarının əhatə miqyasına təsir göstərdiyini, bunun isə, öz növbəsində, AAQ-ların fəaliyyətinin gücləndirilməsi və potensialının artırılmasını zəruri etdiyini qeyd edib, İNTOSAİ (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) standartlarının və BMT qətnamələrinin bu sahədə əhəmiyyətini vurğulayıb. Sədr, həmçinin dövlət borcunun dayanıqlılığının qiymətləndirilməsində və əsas milli göstəricilərinin təhlilində AAQ-ların artan rolu barədə fikirlərini diqqətə çatdırıb.
Müzakirələrin yekunu olaraq konfransın son bəyanatının layihəsi hazırlanıb və qəbul olunub.
Konfrans çərçivəsində V. Gülməmmədov Ukraynanın Hesablama Palatasının sədri Roman Moquta ilə görüşüb, birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Xatırladırıq ki, EUROSAI və ARABOSAI təşkilatlarının ötən 4-cü birgə konfransı Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə 2013-cü ildə Bakı şəhərində baş tutub.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hesablama_Palatasinin_numayende_heyeti_Dohada_konfransda_istirak_edib-909775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR