"Qəbələ"nin futbolçusu Dodo "Krasnodar"la oyuna çıxmaya bilər

"Qəbələ"nin futbolçusu Dodo "Krasnodar"la oyuna çıxmaya bilər
20:57 9 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin son oyununda Rusiya "Krasnodar"ına qarşı keçiriləcək oyunda "Qəbələ"nin futbolçusu Dodo iştirak etməyə bilər. "Report"un məlumatına görə, buna səbəb braziliyalının xəstələnməsidir.
Qripə yoluxan futbolçu dünən və bu gün komandayla məşqlərə qoşulmayıb. Onun "Krasnodar"la oyunda meydanda olub-olmayacağı isə sabah müəyyənləşəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR