Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələri müzakirə olunub

Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələri müzakirə olunub
12:53 10 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Hanoy, 10 dekabr, AZƏRTAC 
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi YAP nümayəndə heyəti Vyetnam Parlamentinin sədr müavini Uong Chu Luu ilə görüşüb.
Görüşdə Uong Chu Luu “Günəşli” yatağındakı platformada qəza nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib və dost Azərbaycan xalqının acısını bölüşdüklərini ifadə edib. O, ölkələrimiz arasında mövcud olan tarixi dostluq və əməkdaşlıq münasibətlərinin son illər daha da inkişaf etdiyini bildirib və parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Uong Chu Luu Yeni Azərbaycan Partiyasını parlament seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik edib.
Mübariz Qurbanlı Azərbaycanın hər zaman Vyetnam ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün hər iki parlamentdə mövcud olan dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini bildirib. M.Qurbanlı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat verib və ölkəmizin haqlı mövqeyinin hər zaman Vyetnam tərəfindən dəstəklənəcəyinə inandığını vurğulayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR