Bakının “Azəryol” voleybol komandası Finlandiyada “Salo” ilə qarşılaşacaq

Bakının “Azəryol” voleybol komandası Finlandiyada “Salo” ilə qarşılaşacaq
14:58 10 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Bu gün Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində səfərdə Finlandiyanın “Salo” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, “Salohali” arenada təşkil olunacaq görüşü belaruslu Kanstantsin Asipçuk və rusiyalı Pavel Anderson idarə edəcəklər.
Qeyd edək ki, komandamız turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR