Bərdənin daha üç kəndinə təbii qaz verilib

Bərdənin daha üç kəndinə təbii qaz verilib
18:38 10 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 10 dekabr, AZƏRTAC 
Bərdə rayonunun daha üç kəndinə - Kolayır, Vəliuşağı və Mirzəxan Qaraqoyunlu kəndlərinə təbii qaz verilib. Ümumilikdə 319 abonenti olan kəndlərin qazlaşdırılmasında birpilləli sistem əsasında ümumi uzunluğu 22725 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc və başqaları çıxış edərək, sakinləri kəndlərin “mavi yanacaq”la təmin olunması münasibətilə təbrik edib, ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da həyata keçirilən sosial layihələrdən, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar.
Məlumat verilib ki, cari ilin ötən dövründə rayonda 527,9 kilometrdən çox müxtəlif diametrli qaz xətləri çəkilərək 28 kənd qazlaşdırılıb, 5072 abonentə təbii qaz verilib. Hazırda rayonun digər kəndlərində qaz xətlərinin çəkilişi sürətlə davam etdirilir. İlin sonunadək rayonun bütün kəndlərinin təbii qazla təmin edilməsi nəzərdə tutulur.
Çıxış edən sakinlər əhalinin maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılmasına, o cümlədən kəndlərin “mavi yanacaq”la təmin olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda təbii qazın verilməsini bildirən məşəl alovlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Berdenin_daha_uch_kendine_tebii_qaz_verilib-910100

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR