Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası keçirilib

19:43 10 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da beşinci çağırış Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, komitənin əsas məqsədi ailə münasibətləri, himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender, kişi və qadın bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayıb və ya təqdim olunmuş qanun layihələrinə rəy verməkdir.
İclasda “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunda və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamədə” dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.
Dəyişikliyə əsasən, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunun 1.0.5-ci və 5.2-ci maddələrində “öz vəzifələrini” sözlərindən sonra “üzrlü səbəblər olmadan” sözləri əlavə edilir. Qanun layihəsi “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunun “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.
“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”dəki dəyişikliyə əsasən isə həmin Əsasnamənin 10-cu maddəsinin birinci hissəsinin birinci abzasına “öz vəzifələri” sözlərindən sonra “üzrlü səbəblər olmadan” sözləri əlavə edilir. Dəyişiklik “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”nin “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanununa uyğunlaşdırılması məqsədini daşıyır.
İclasda çıxış edən deputatlar dəyişikliklərin əhəmiyyətindən danışıb, bir sıra təkliflər səsləndiriblər.
Müzakirələrdən sonra hər iki qanun layihəsi plenar iclasa tövsiyə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisin_aile_qadin_ve_usaq_meseleleri_komitesinin_ilk_iclasi_kechirilib-910147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR