Hindistan Azərbaycan hökuməti və xalqına başsağlığı verib

Hindistan Azərbaycan hökuməti və xalqına başsağlığı verib
20:47 10 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Hindistan hökuməti "Günəşli" neft yatağındakı yanğın nəticəsində baş vermiş insan itkisi ilə bağlı Azərbaycan höküməti və xalqına başsağlığı bildirib.
Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, bununla əlaqədar Hindistan xarici işlər nazirinin müavini Navtej Sarnan Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfova başsağlığı məktub ünvanlayıb.
"Biz Hindistan höküməti və xalqı adından Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı diləyirik. Bu ağır zamanda bizim dua və düşüncələrimiz həlak olanların ailəsilə birlikdədir”, - məktubda deyilir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/hindistan-hokumeti-azerbaycan-xalqina-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR