Gələn il qiymətli kağızlar üzrə Məlumatların Elektron Açıqlanması Sistemi istifadəyə veriləcək

Gələn il qiymətli kağızlar üzrə Məlumatların Elektron Açıqlanması Sistemi istifadəyə veriləcək
11:11 11 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Məlumatların Elektron Açıqlanması Sistemi (MEAS) hazırlanıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) aparat rəhbəri Bəxtiyar Əzizov məlumat verib.
 
 O qeyd edib ki, sözügedən MEAS Azərbaycan Respublikası Prezidentinin “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası üzrə Tədbirlər Planı”na uyğun olaraq hazırlanıb.
 
 
Məlumatların Elektron Açıqlanması Sisteminin 2016-cı ildən istifadəyə veriləcəyini vurğulayan B.Əzizov bildirib ki, bu, emitentlər tərəfindən qanunvericiliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.
 
Aparat rəhbəri onu da qeyd edib ki, komitənin göstərdiyi xidmətlərin elektronlaşdırılması vətəndaşların əlavə vaxt itkilərinin, həm də izafi xərclərin çəkilməsinin qarşısını alır. Çünki elektron xidmətlər vətəndaşlara iş yerlərindən və ya  mənzillərindən çıxmadan lazım olan əməliyyatları həyata keçirməyə imkan verir.
 
 
Seymur Qasımbəyli
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR