Azərbaycanın bütün məscidlərində "Günəşli” yatağında ölən və itkin düşənlərin ruhuna dualar oxunub
Paylaş
·124 baxış·1 dəq oxu
Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan məscidlərində qılınan cümə namazında "Günəşli” yatağının 10-cu dərin özülündə ba. verən qəzada ölən və itkin düşənlərin xatirəsinə dualar oxunub Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Məlumatda qeyd olunub ki, ölkənin məscidlərində ölənlərin və itkin düşənlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub, yaralılara Allahdan şəfa dilənilib.