“Ekotur - təbiəti öyrənək və sevək” layihəsinə start verilib

“Ekotur - təbiəti öyrənək və sevək” layihəsinə start verilib
19:53 11 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) maliyyə dəstəyi ilə həyata keçirilən “Ekotur - təbiəti öyrənək və sevək” layihəsinə start verilib.
YAP-dan AZƏRTAC-a bildirilər ki, layihə çərçivəsində ilk ekotur Abşeron milli parkına təşkil olunub.
Layihə rəhbəri Aytəkin Nuriyeva məlumat verib ki, məqsəd gəncləri “ekotur”lar vasitəsilə milli parklarla tanış etmək, ətraf mühitin qorunmasında gənclərin rolunu artırmaq və onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Ekotur zamanı gənclərə Abşeron və digər milli parklar barədə ətraflı elmi məlumat verilib, onların sualları cavablandırılıb.
Üç ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Abşeron, Altıağac və Samur-Yalama milli parklarına ekoturların təşkili nəzərdə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR