"28 Cinema" 3 illiyini qeyd edir

"28 Cinema" 3 illiyini qeyd edir
14:17 13 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+

Ad günü keçirtmək film üçün bir bəhanədir

Azərbaycanın premium kinoteatrı olan "28 Cinema" 14 dekabr tarixində öz ad gününü qeyd edir. Hər il olduğu kimi bu il də kinoteatr öz tamaşaçıları üçün hədiyyə hazırlayır. Belə ki, məhz bu gün 18:00-a kimi alınan biletin dəyəri cəmi 3 manat olacaq. Kinoteatr öz tamaşaçılarına onu bu 3 il ərzində dəstəklədikləri və hər zaman sevimli kinoteatra loyallıq göstərdikləri üçün təşəkkür edir.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.

"28 Cinema" düz 3 il bundan öncə ilk dəfə Azərbaycanda Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəkləri tətbiq etməyə başladı. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün oldu ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda "28 Cinema" kinoteatrını insanların sevdiyi məkana çevirdi.

"28 Cinema" hər zaman olduğu kimi öz tamaşaçılarına premyeralar, yeni layihələr təqdim etməyə hazırdır!


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/389864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR