CNN: “İSİD məğlubedilməzdir”

CNN: “İSİD məğlubedilməzdir”
08:05 14 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Nədən ərəb ölkələri İŞİD-ə qarşı "xala xətrin qalmasın"  prinsipi ilə savaşırlar? Məntiqlə İŞİD-ə görə onlar daha çox narahat olmalıdır. Çünki Qərb ölkələrindən fərqli olaraq müharibə onların sərhədlərinin həndəvərində, hәtta içindә gedir.

Haqlı sualdır. Dünya  ictimaiyyətinin gözü qarşısında əsas güc mərkəzləri İŞİD-ə qarşı koalisiya qurub, birgə savaşır. Di gəl ki, İŞİD heç nə olmayıb  kimi dövranını sürməkdə...
CNN öz sualına  belə cavab verir. Deyir ki, əslində ərəb ölkələri İŞİD-ə düşmən kimi baxmırlar. Çünki ərəb ölkələrində əhalinin əksəriyyəti sünnidir. Yalnız İraqda şiələr iqtidara gəldikdən sonra bu ölkə İranın təsir dairəsinə düşüb. Suriyada isə ələvi azlıq uzun müddətdir ki, iqtidardadır. Bu ölkə də İranın yanında yer alır. Yəni, Ərəb Dünyasının özünə düşmən bildiyi şiə İran və onun yanında yer alan İraq və Suriya, üstəlik Yəmən və Livan İŞİD-ın әsas hədəfindədir. Ən önəmlisi isə, İŞİD məhz  İraqla Suriya ərazinin və əhalisinin böyük bir hissəsinə nəzarət edir.  Və bu ərazilərdə şiələri sorğu-sualsız, yəni məzhəbinə görə öldürür. CNN misal olaraq qeyd edir ki, İŞİD indiyə kimi Səudiyyə Ərəbistanında iki dəfə terror aktı törədib. Hər iki hadisə zamanı şiələrə məxsus məscid göyə sovrulub. Terrorun qurbanları da təbii ki, şiələrdir. 

Ərəb ölkələri ümid edirlər ki, İŞİD-in əli ilə Səddam Hüseyn əyyamında olduğu kimi,  İraqda sünni azlıq yenidən iqtidarı ələ keçirə bilərlər.  Suriyada isə Bəşər Əsəddən sonra istənilən halda sünni çoxluq iqtidara gələcək. Bu isə o deməkdir ki, Suriyanın cəmi 10 faizini  təşkil edən ələvilər Bəşər Əsədlə birlikdə məhv olacaq və soyqırıma məruz qalacaq...
Milli.Az musavat.com-a istinadən bildirir ki, əlbəttə, CNN haqlıdır. Ancaq deyilənlər sadəcə həqiqətin bir hissəsidir. İş ondadır ki, heç Qərb ölkələri də, o cümlədən ABŞ da İŞİD-lə ölüm-dirim savaşına girmək fikrində deyil. Şübhəsiz ki, ABŞ sünni ərəblərin istək və arzularından yaxşı xəbərdardır. O da sirr deyil ki, öncə Britaniya imperiyası, daha sonra isə ABŞ həmişə sünni ərəblərlə müttəfiq olub. Təkcə onu demək yetər ki, Vəhhabilik dini ideologiya kimi, Səudiyyə Ərəbistanı isə dövlət kimi məhz ingilis qafasının məhsulu olaraq ortadadır. Osmanlı imperiyasının yıxılmasında bu amil həlledici rol oynayıb...

Ona görə də ABŞ, onun timsalında  isə bütövlükdə Qərb sünnilərin yanındadır. Onlara dəstək verirlər. İrana isə Rusiyanın arxa-dayaq olması təbiidir. Çünki Rusiyanın başqa seçimi yoxdur. Heç şübhəsiz ki, seçim imkanı olsaydı Rusiya da sünnilərlə iş birliyinə gedərdi. Ən azı ona görə ki, 1.7 milyard əhalisi olan Müsəlman aləminin ən  azı 85 faizi sünnidir. Ən optimist hesablamalara görə isə şiələr  dünyadakı müsəlman nüfuzun 15 faizə qədərini təşkil edirlər.
İndi Yaxın Şərqdə real vəziyyət belədir: Sünni Ərəb ölkələri, Türkiyə, (passiv olsa da Pakistan ), eyni cəbhədə yer alıblar. Qərb də onlara müttəfiq kimi çıxış edir. Etiraf olunmasa da İŞİD də həmin cəbhədə vuruşur. Qarşı cəbhədə isə Rusiya, İran, İraq, Suriya, Yəmən, (Livan passiv formada olsa da) dayanıb. Elə ilk baxışdan da aydın görünür ki, qüvvələr nisbəti kəskin şəkildə qeyri-bərabərdir və ABŞ-ın rəhbərlik etdiyi tərəf bütün parametrlər baxımından Rusiyanın yönəltdiyi tərəfi geridə qoyur.

O da mübahisə doğurmur ki, Suriyada, qismən İraqda da yuxarıda qeyd etdiyimiz tərəflər əslində bir-birinə qarşı vuruşurlar. Düzdür, rəsmən hər iki tərəf İŞİD-lə savaşır. Ancaq real mənzərə elan olunduğu şəkildən kəskin şəkildə fərqlənir...

Əslində Qərb Yaxın Şərqdə davam edən bu savaşa  Rusiya, İran və Suriyanı birdəfəlik yerində oturtmaq fürsəti kimi baxır. Ən pisi isə odur ki, savaş İslam Dünyasının ürəyi hesab olunan Yaxın Şərqdə gedir. Qırılan müsəlmanlardır, xaraba qalan müsəlman şəhərləri və dövlətləridir...

Bir məqama da toxunaq. Bu günlərdə İtaliyanın "La Stampa" qəzetinə müsahibəsində Dalay Lama belə bir bəyanatla çıxış edib: "İŞİD-lə dialoqa başlamaq lazımdır". İlk dəfədir ki, dünya çapında tanınan birisi bu problemə fərqli münasibət sərgiləyir...
Böyük ehtimalla demək olar ki, Qərblə İŞİD arasında danışıqlar uzun müddətdir ki, davam edir. Heç şübhəsiz ki, bu danışıqlar Səudiyyə Kral ailəsinin nümayəndələri vasitəsi ilə həyata keçirilir...

Orası da var ki, İŞİD Qərb sivilizasiyası üçün ciddi təhlükə mənbəyinə çevrilib. Bu yaxınlarda Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror hücumunun ağrısı hələ də ürəkləri göynədir. Qərb analitikləri qeyd edirlər ki, İŞİD-in ən azı yüz min nəfərlik ordusu var. Və ən paradoksal vəziyyət onunla bağlıdır ki, İŞİD sıralarında döyüşənlərin ən azı 10 faizi islamı qəbul etmiş keçmiş xaçpərəstlərdir. Bu isə 10 min nəfərdən çox döyüşçü deməkdir. Bu kontingent və dini müstəvidəki bu dəyişiklik Qərb üçün son dərəcə təhlükəlidir. Və bütün hesablamaları və ssenariləri alt-üst edə bilər...

Analitiklər, xüsusən Amerikalı araşdırıcılar heyrət içində qeyd edirlər ki, İŞİD müzəffər hücumlara yeni başlayanda onun varidatı 200-300 milyon dollar civarında idi. İndi isə İŞİD-ın nəzarətindəki varidatın 500 milyard dollar olduğu ehtimal edilir. Yəni, maddi baxımdan İŞİD ağlasığmaz dərəcədə güclüdür, ideoloji baxımdan isə bu təşkilatın fantastik imkanları kimsədə şübhə doğurmur...
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan nefti 1% bahalaşıb

20 Sentyabr 2017 09:37

Nicat Muxtarov barəsində həbs qətimkan tədbiri

20 Sentyabr 2017 09:37

“Unibank”ın rəhbərliyində dəyişikliklər olacaq

20 Sentyabr 2017 09:37

“Heç bir ölkə bunu qəbul etməz”

20 Sentyabr 2017 09:35

Ebrü Gündeş illər sonra Bakıda - VİDEO

20 Sentyabr 2017 09:33

Xəsarət alanlar arasında Azərbaycan vətəndaşı varmı?

20 Sentyabr 2017 09:33

Almaniyanın 2 şirkəti Azərbaycan bazarını tərk edir

20 Sentyabr 2017 09:32

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (20.09.2017)

20 Sentyabr 2017 09:32

Bakıda konsert kimi toy:

20 Sentyabr 2017 09:29

XİN: Meksikadakı zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur

20 Sentyabr 2017 09:28

Bakıda bal yarmarkası keçiriləcək

20 Sentyabr 2017 09:24

Cəbhədə silahlar susmur

20 Sentyabr 2017 09:23

Lənkəranda sakini avtobusdan yıxılaraq ağır xəsarət alıb

20 Sentyabr 2017 09:22

Cəhhədə gərgin gecə

20 Sentyabr 2017 09:20

Neft bahalaşdı

20 Sentyabr 2017 09:18

“Azersun Holding”ə məxsus 3 müəssisə birləşir

20 Sentyabr 2017 09:17

Rövnəq Abdullayev: "SOCAR qaz hasilatının artırılması üçün tərəfdaşlarla məqsədyönlü işlər aparır"

20 Sentyabr 2017 09:17

Atəşkəs 127 dəfə pozuldu

20 Sentyabr 2017 09:14

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin vəzifəli əməkdaşı vəfat edib

20 Sentyabr 2017 09:12

Ermənilər atəşkəs rejimini 127 dəfə pozub

20 Sentyabr 2017 09:12

32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə

20 Sentyabr 2017 09:09

“Neft Daşları”nda yeni quyu istismara verilib

20 Sentyabr 2017 09:07

Meksikada baş verən zəlzələdə ölənlərin sayı 150 nəfərə çatdı -

20 Sentyabr 2017 09:06

Ərdoğan:

20 Sentyabr 2017 09:05

Biləsuvarda ağır yol qəzası: 4 ölü

20 Sentyabr 2017 09:03

Qapalı məkanlarda siqaretin ardınca SULU QƏLYAN QADAĞASI

20 Sentyabr 2017 08:53

Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uçaq ölüb

20 Sentyabr 2017 08:52

İlham Əliyev Trampın və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 08:38

Zəlzələ Meksikanı bu günə qoydu - DƏHŞƏTLİ FOTOLAR

20 Sentyabr 2017 08:33

Azərbaycanın yeraltı anbarlarında 2,2 mlrd. kubmetr aktiv qaz var

20 Sentyabr 2017 08:32

Biləsuvarda ağır qəza: ölən və yaralananlar var

20 Sentyabr 2017 08:04

Döymə sənətində YENI TREND: Venesiya və Viktoriya mədəniyyəti bir arada - FOTOLAR

20 Sentyabr 2017 08:03

Biləsuvarda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

20 Sentyabr 2017 08:02

Moskvada azərbaycanlı müttəhim məhkəmə zalından qaçıb

20 Sentyabr 2017 07:47

Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

20 Sentyabr 2017 07:44

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 Sentyabr 2017 07:03

Boliviya prezidenti ABŞ rəhbərliyini bəşər üçün başlıca təhlükə adlandırıb

20 Sentyabr 2017 06:47

Xızıda 350 ədəd partlamamış hərbi sursat tapıldı

20 Sentyabr 2017 06:24

Azərbaycan üçün tarixi qərar verilə bilər

20 Sentyabr 2017 06:03

Bakıda gənc oğlanı avtomobil vuraraq ağır xəsarət yetirib

20 Sentyabr 2017 05:32

Moskva bazarında qətl

20 Sentyabr 2017 05:28

Maduro Trampı "yeni Hitler" adlandırıb

20 Sentyabr 2017 05:27

Gündüz İsmayılov: "Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar"

20 Sentyabr 2017 05:02

Bakıda orta yaşlı kişi məhkəmə binası qarşısında döyülüb

20 Sentyabr 2017 04:52

Eks sevgilisi aktyordan 1 milyon tələb edir

20 Sentyabr 2017 04:49

İlham Əliyev: "Bizim xarici siyasətlə bağlı uğurlarımız barədə danışmaq üçün çox vaxt lazımdır"

20 Sentyabr 2017 04:37

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırdı

20 Sentyabr 2017 04:33

Rusiya Hava Desant Qoşunlarının komandanı qəzaya düşdü

20 Sentyabr 2017 04:14

Ərdoğan kürdlərə çağırış etdi

20 Sentyabr 2017 03:44

Artıq Vayfaydan su altında da istifadə edə biləcəyik - FOTO

20 Sentyabr 2017 03:38