Xüsusi təyinatlılarının komandanı öldürüldü - Yəməndə

Xüsusi təyinatlılarının komandanı öldürüldü - Yəməndə
09:57 14 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı xüsusi təyinatlı hərbi dəstəsinin komandanı Abdullah əs-Sehyan Yəmənin cənub-qərbində qiyamçı husi silahlıları tərəfindən öldürülüb.

Report "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Yəmən hökumətinin təmsilçiləri bildirib.

Məlumata görə, Səudiyyə Ərəbistanı xüsusi təyinatlılarının da daxil olduğu ərəb dövlətləri koalisiya qüvvələri Yəmənin Zuba bölgəsində əməliyyat keçirərkən, qiyamçılar raket atıb. Bu atəş nəticəsində Abdullah əs-Sehyanla yanaşı, koalisiya qüvvələrinin daha 3 əsgəri həyatını itirib.

Səudiyyə Ərəbistanı rəsmiləri hadisə ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı altında ərəb dövlətləri koalisiyası 8 aydır Yəməndə preizdent Abdurabbu Mansur Hadinin qanuni hakimiyyətinin müdafiəsi uğrunda qiyamçılara qarşı mübarizə aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR