BANM-də beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirilir (FOTO)

BANM-də beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirilir (FOTO)
10:43 14 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər. BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq, BANM-də TSİ-nin nümayəndələrinin iştirakı ilə iclas keçirildi.

İclasda öncə SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsi dərin ehtiramla anılaraq bir dəqiqəlik sükutla yad edildi. BANM-in rektoru Elmar Qasımov bildirdi ki, neftçi peşəsi qəhrəmanlıq tələb edən bir peşədir. O, bu sahənin ölkə iqtisadiyyatının inkişafı üçün, neft-qaz sənayesi üçün vacib bir sahə olduğunu vurğuladı. Elmar Qasımov Azərbaycan xalqının, o cümlədən Ali Məktəbin professor-müəllim heyəti və tələbələrinin fədakar neftçilərin xatirəsini hər zaman əziz tutulacağını dedi. O, neftçi peşəsini seçən Ali Məktəb tələbələrinə mətin, cəsur olmağı tövsiyə etdi. BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini və ildə bir dəfə audit yoxlaması keçirildiyini deyən rektor BANM-in digər modullar üzrə standartların əldə olunmasına çalışdığını vurğuladı. O, bu istiqamətdə işlərin sürətlə aparıldığını bildirdi.

Elmar Qasımov TSİ nümayəndələrinə bütün strukturlarda apardıqları yoxlamalarda hərtərəfli təftiş etməyi xahiş etdi və onlara uğurlar arzuladı.

TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çələbi “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı çox üzüldüyünü bildirdi. Azərbaycanın acısının, kədərinin Türkiyənin də acısı olduğunu deyən Səlim Çələbi qardaş Türkiyə xalqının bu üzüntülü hadisə ilə bağlı kədərləndiyini dedi. Səlim Çələbi BANM-in ali təhsil müəssisəsi olaraq Azərbaycanda analoji qurumlar arasında öndə gedən Ali Məktəb olduğunu vurğuladı. O, dedi ki, BANM bir çox ali təhsil müəssisələrinin fəaliyyəti və inkişafı üçün nümunədir. BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə etdi. O, bildirdi ki, yoxlamalar iki gün ərzində aparılacaq.

Xatırladaq ki, BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olub.

Qeyd edək ki, iki gün ərzində keçirilən audit yoxlanışından sonra auditin yekun nəticələrinin açıqlanmasına dair iclas olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Rüstəm Qasımov rekordu yeniləyərək ağır atletika üzrə Avropa çempionu olub

24 Sentyabr 2017 18:12

Səudiyyə Ərəbistanı tarikində ilk

24 Sentyabr 2017 18:08

Yeni məktəb binası istifadəyə verildi

24 Sentyabr 2017 18:04

Krımda 2000 illik tarixi olan qala tapıldı

24 Sentyabr 2017 18:03

Azərbaycanda yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır

24 Sentyabr 2017 18:02

Premyer Liqa oyunundan öncə bomba həyəcanı

24 Sentyabr 2017 17:59

"Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək"

24 Sentyabr 2017 17:57

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:54

Azərbaycan əsilli namizəd Yeni Zelandiya parlamentinə seçilə bilməyib

24 Sentyabr 2017 17:52

İran Ərbillə hava nəqliyyatını dayandırdı

24 Sentyabr 2017 17:48

Malidə güclü partlayış

24 Sentyabr 2017 17:46

İraqda 42 nəfər edam edildi

24 Sentyabr 2017 17:44

Prezident İlham Əliyev: “Gələn ilin büdcəsi daha böyük olmalıdır”

24 Sentyabr 2017 17:39

"Beşiktaş"ın baş məşqçisi cəzalandırılacaq

24 Sentyabr 2017 17:38

Bill Qeyts yaxın 10 ildə insanlığı gözləyən təhlükələri AÇIQLADI

24 Sentyabr 2017 17:34

Xırdalanda itkin düşən 13 yaşlı məktəbli haqda

24 Sentyabr 2017 17:31

Nazirlikdə işə düzəlmək üçün 12500 manat verdi, aldadıldı

24 Sentyabr 2017 17:29

Mey istefa verəcək - Şok iddia

24 Sentyabr 2017 17:23

Biləsuvarda pambıq tayası yandı

24 Sentyabr 2017 17:22

Prezident: “Əsas məqsədimiz idxaldan asılılığı azaltmaqdır”

24 Sentyabr 2017 17:19

Türk ordusundan əməliyyat: PKK sığınacaqları məhv edildi

24 Sentyabr 2017 17:13

İrandan Kürdüstan rəhbərliyinə daha bir zərbə

24 Sentyabr 2017 17:13

"Real"ın ulduzu qəzaya düşdü - FOTO

24 Sentyabr 2017 17:07

Bu qidalar asılılıq yaradır

24 Sentyabr 2017 17:02

Xəstəliyə yoluxmuş meyvələri Azərbaycandan Rusiyaya keçirmək istədilər

24 Sentyabr 2017 16:58

Salyan şəhərində 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

24 Sentyabr 2017 16:57

Salyanda Bayraq Muzeyi açılıb

24 Sentyabr 2017 16:52

Prezident Salyanın Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub

24 Sentyabr 2017 16:52

Neftçalada evin çardağına yığılmış 1200 ədəd ot bağlaması yanıb

24 Sentyabr 2017 16:52

"Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq"

24 Sentyabr 2017 16:47

Məşhur filmlərin pərdə arxası görüntüləri

24 Sentyabr 2017 16:42

Prezident: "Qəbul etdiyimiz bütün qərarlar həyatda qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır"

24 Sentyabr 2017 16:33

Azərbaycan Prezidenti: Tezliklə bütün rayonlarda sənaye zonaları yaradılacaq

24 Sentyabr 2017 16:33

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

24 Sentyabr 2017 16:33

İsveçrədə dağ havasını satırlar

24 Sentyabr 2017 16:28

Parisdə məşhur model Kristian Diorun yaradıcılığının 70 illiyi qeyd olunub

24 Sentyabr 2017 16:27

ABŞ-ın buna haqqı yoxdur - Ərdoğan qəzəbləndi

24 Sentyabr 2017 16:18

İlham Əliyev: "Azərbaycanda sənayeləşmə siyasəti uğurla aparılır"

24 Sentyabr 2017 16:17

Gəlini öpmək istəyən bəyə gözlənilməz etiraz

24 Sentyabr 2017 16:12

3 yaşlı körpəni "ölüm yuxusu"ndan bu mahnı oyatdı - FOTO/VİDEO

24 Sentyabr 2017 16:08

Kabildə güclü partlayış olub

24 Sentyabr 2017 15:59

Azərbaycan futbolunda rekord

24 Sentyabr 2017 15:59

"AVRO-2017": Azərbaycanın Polşa sınağı - YENİLƏNİR

24 Sentyabr 2017 15:57

İmişlidə iki avtomobil toqquşub

24 Sentyabr 2017 15:54

Dünya Bodibildinq Federasiyasının rəhbəri rinqdə döyüşdən sonra öldü

24 Sentyabr 2017 15:53

Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA

24 Sentyabr 2017 15:49

Qaxda 3 gün əvvəl itkin düşmüş qadın tapıldı

24 Sentyabr 2017 15:48

ABŞ-dan gizli kəşfiyyat raketi

24 Sentyabr 2017 15:43

Dünyanın ən qeyri-adi heykəlləri

24 Sentyabr 2017 15:40

Prezident Salyana səfər edib - YENİLƏNİB

24 Sentyabr 2017 15:29