“Külək adası-1” külək elektrik stansiyası layihəsi 2016-2018-ci illərdə reallaşdırılacaq

“Külək adası-1” külək elektrik stansiyası layihəsi 2016-2018-ci illərdə reallaşdırılacaq
12:53 14 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Xəzərdə ilk “Külək adası-1” külək elektrik stansiyası layihəsinin 2016-2018-ci illərdə reallaşdırılması nəzərdə tutulur. “Külək adası-1” Xəzər akvatoriyasında Pirallahı və Çilov adalarını birləşdirən unikal külək elektrik stansiyası olacaq.
Bu barədə AZƏRTAC-a Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən (ABOEMDA) məlumat verilib. Bildirilib ki, layihənin həyata keçirilməsi ilə Abşeron yarımadasında bilavasitə istehlakçılara yaxın ərazidə yeni generasiya mənbəyi, elektrik şəbəkə infrastrukturu yaradılacaq və istehlakçıların elektrik enerjisi ilə təminatında dayanıqlılıq təmin olunacaq.
Bundan başqa, elektrik enerjisinin istehsalına sərf olunan təbii qaz yanacağına qənaət ediləcək və atmosferə atılan zərərli tullantılar azalacaq. Həmçinin, Çilov adası ilə birbaşa avtomobil nəqliyyatı infrastrukturunun və digər sosial məsələlərin həlli sürətlənəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kulek_adasi_1_kulek_elektrik_stansiyasi_layihesi_2016_2018_ci_illerde_reallasdirilacaq-910999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR