Hadisə səhər saatlarında Paris ətrafında yerləşən Obervilye bölgəsində baş verib. Hücumun qurbanı dərsə hazırlaşan 40 yaşlı müəllim olub. Başlıqda və əlcəkdə olduğundan özündən sonra heç bir iz buraxmayan təcavüzkar bıçaqla bir neçə zərbə endirərək İŞİD-in adını xatırladıb və bunun xəbərdarlıq olduğunu bildirib.
Hücumun araşdırılması ilə hüquq-mühafizə orqanlarının antiterror şöbəsi məşğul olur.