Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı ali hərbi rütbə, orden və medallarla təltif edilib

14:18 14 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının ali hərbi rütbə, yüksək fəxri adlar, orden və medallarla təltif olunması barədə sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, üç nəfərə general-mayor ali hərbi rütbəsi verilib.
Dövlətimizin başçısının digər Sərəncamı ilə isə üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, yeddi nəfər “Hərbi xidmətlərə görə”, 3 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalları, 19 nəfər “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_bir_qrup_emekdasi_ali_herbi_rutbe_orden_ve_medallarla_teltif_edilib-911049

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR