Böyük sənətkarın 100 illik yubileyi qeyd edilib

16:38 14 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Qərb Universitetində dünya şöhrətli müğənni, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin dizayn kafedrasının müdiri Pərvanə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin böyük sənətkar Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamın əhəmiyyətini vurğulayıb.
Tədbirdə, görkəmli müğənninin həyat və yaradıcılığı, özünəməxsus ifaçılıq bacarığı barədə məlumat verilib.
Çıxış edənlər Rəşid Behbudovun şəxsiyyəti, bənzərsiz sənəti ilə bağlı fikirlərini bildirib, onunla bağlı xatirələrini bölüşüblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_senetkarin_100_illik_yubileyi_qeyd_edilib-911126

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR