“Günəşli”dəki yanğının Xəzərin ekologiyasına mənfi təsiri yoxdur" - AMEA

“Günəşli”dəki yanğının Xəzərin ekologiyasına mənfi təsiri yoxdur" - AMEA
13:39 15 Dekabr 2015
52 Sosial
Ölkə mətbuatı
A- A+

 

 “SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğının Xəzər dənizinin ekoloji vəziyyətinə hər hansı bir mənfi təsiri yoxdur. Çünki orada neft-qaz kondensatı yanır ki, nəticədə dənizə çirklənmə daxil olmur”.

 

Bunu APA-ya AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. Akademikin sözlərinə görə, özüldə baş verən yanğın söndürülərsə, fontan baş verə bilər ki, bu da Xəzər dənizin ekologiyasına hər hansı bir mənfi təsir göstərə bilər: “Ancaq bu halın qarşısını almaq üçün hazırda orada ehtiyat gəmilər var. Həmin gəmilər mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi bonları su səthinə düzüb”.

 

Qeyd edək ki, SOCAR-ın yaydığı məlumata görə, dekabrın 8-də “Günəşli” yatağı və onun ətrafının peyk çəkilişləri aparılıb və yataq ətrafında neft ləkələri müşahidə olunmayıb.

 

Onu da qeyd edək ki, dekabrın 4-də baş vermiş qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR