“Azəryol”-“Salo” voleybol oyununu idarə edəcək hakimlər müəyyənləşib

“Azəryol”-“Salo” voleybol oyununu idarə edəcək hakimlər müəyyənləşib
14:18 15 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinin cavab oyununu doğma meydanda keçirəcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 16-da Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edəcək.
Artıq oyunun hakimləri müəyyənləşib. Görüşü türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitskiy idarə edəcəklər.
Qeyd edək ki, komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. Təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azeryol_Salo_voleybol_oyununu_idare_edecek_hakimler_mueyyenlesib-911350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR