UEFA "Mançester Siti"yə "yox" dedi

UEFA "Mançester Siti"yə "yox" dedi
09:37 16 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti" Kiyev "Dinamo"su ilə qarşılaşacağı Çempionlar Liqası səfər matçını neytral meydanda oynamaq üçün UEFA-ya müraciət edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə qurumun vitse-prezidenti Qriqori Surkis açıqlama verib.

""Mançester Siti" bizə oyunu azarkeşlərinin izləyə bilməsi üçün deyil, məhz neytral meydanda keçirilməsi üçün müraciət edib. Bu isə mümkünsüzdür. UEFA heç bir halda kiyevlilərə qarşı bu diskriminasiyaya yol verməz".

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş "Dinamo" - "Çelsi" oyununda baş verən olaylardan sonra UEFA ukraynalılara 2 ev oyununda azarkeşsiz oynamaq cəzası verib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR