Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il İB bankı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ictimai birlik bankın hərəkətlərinin qanunsuz hesab edilməsi, öhdəliklərin icrası və dəymiş zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan anrazı qalan İB apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.