Politoloq: Təmas xəttində nəzarət mexanizminin qurulması ideyası atəşkəsin pozulmasının ən əsas səbəblərindəndir

Politoloq: Təmas xəttində nəzarət mexanizminin qurulması ideyası atəşkəsin pozulmasının ən əsas səbəblərindəndir
13:38 16 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəs rejimi tez-tez pozulur, hərbi insidentlərin sayı artıb. Hərbi insidentlər zamanı son zamanlar daha ağır silahlardan istifadə olunur. ATƏT MQ həmsədrləri, o cümlədən beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi insidentin pozulmasından xüsusi narahatlığını dəfələrlə bildiriblər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətdə atəşkəs rejiminin tez-tez pozulması ilə xarakterizə olunur: "ATƏT MQ həmsədrləri rəsmi və ya qeyri-rəsmi bu məsələyə münasibət bildiriblər. Eləcə də beynəlxalq ictimaiyyətin əsasını təşkil edən dövlətlərin nümayəndələri də bu məsələyə tez-tez münasibət bildirirlər. Hamını bir sual düşündürür: Atəşkəsin pozulmasının səbəbkarı Azərbaycan, yoxsa Ermənistandır? Böyük əksəriyyət belə fikirləşir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Ermənistan bu torpaqları işğal edib. Dinc tənzimləmənin sürəti Azərbaycanı qane etmir. Ona görə də Azərbaycan atəşkəs rejimini pozmağa, ağır silahlardan istifadə etməyə məcburdur. Amma gərək bunu etməyəydi".

M.Əhmədoğlu qeyd edib ki, heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünü inkar etmir: "Dinc danışıqlar gec-tez öz bəhrəsini verəcəkdir. Belə düşünənlərin əksəriyyətinin fikrincə, Ermənistan istəyinə çatıb, Dağlıq Qarabağa nəzarət edir, hətta Dağlıq Qarabağ ətrafında təhlükəsizlik zonası yaradıb. Ona görə, Ermənistan atəşkəs rejiminin pozulmasında, hərbi intensivliyin artmasında maraqlı ola bilməz. Reallıqda isə bu səhv yanaşmadır. Ermənistan başa düşür ki, bu günə qədər onun əldə etdiklərinin heç bir hüquqi tərtibatı yoxdur. Hal-hazırda Ermənistanın məqsədi hər hansı formada, kiçik məzmunda da olsa bir hüquqi sənəd imzalanmasına nail olmaqdır. Münaqişənin tənzimlənməsi dedikdə, Yenilənmiş Madrid prinsiplərinin reallaşması başa düşülür. Bu Ermənistana sərf etmir. Çünki Yenilənmiş Madrid prinsiplərinin fəlsəfəsi Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal, Dağlıq Qarabağın özünün isə tədricən Azərbaycana qaytarılmasından ibarətdir. Ermənistan bu məzmunda sənəd imzalaya bilməz. Amma hər hansı sənəd imzalanmalıdır".

M.Əhmədoğlu sonra vurğulayıb ki, Ermənistanın anlamındakı sənəd indiki status-kvonun hüquqi baxımından tərtib olunmasından ibarətdir: "Ermənistanın fikrincə, bunun üçün Ermənistan və Azərbaycanın qoşunlarının təmas xəttinin hüquqi status alması məsələsi gündəliyə gətirilməlidir. Ermənistan bu məqsədlə strategiya işləyib hazırlayıb. Bu strategiyanın ən əsas addımı qoşunların təmas xəttini təhlükə mənbəyi kimi daimi olaraq gündəlikdə saxlamaqdır. Bunun üçün isə ən yaxşı metod atəşkəs rejiminin tez-tez pozulmasıdır. Çünki belə məlumatlar mətbuatda asanlıqla yayılır. Beynəlxalq ictimaiyyətin nüfuzlu şəxslərinin diqqətinə daha tez çatır. Atəşkəs rejiminin pozulması ilə bağlı məlumatların yayılması və o məlumatlara beynəlxalq ictimaiyyətin həssaslıq nümayiş etdirməsi yalnız Ermənistanın maraqlarına xidmət edir. Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması da Ermənistanın hazırladığı strategiyanın tərkib hissəsidir. Bu vasitə ilə Ermənistan Azərbaycanla Rusiyanı, Azərbaycanla KTMT-ni qarşı-qarşıya qoymaq istəyirdi. Ermənistan-Azərbaycan sərhədində hərbi insidentlərin tədqiqi maraqlı nəticələr ortalığa qoyur: Dövlət sərhədindəki hərbi insidentlər Ermənistanın KTMT daxilindəki aktivliyi, KTMT baş katibinin Ermənistana səfəri, Ermənistanın KTMT PA-ya və KTMT-nin özünə sədrliyi ilə üst-üstə düşür".

Mərkəz rəhbəri bildirib ki, Ermənistanın öz əməllərini gizlətməsi mümkün deyil: "Çünki daha yeni keyfiyyətli arqument ortalığa çıxdı. Azərbaycan ordusunun fəaliyyəti nəticəsində ermənilər ciddi psixoloji sarsıntı keçirmişlər. Hətta Ermənistan ordusunun psixoloqu və mətbuat xidmətinin rəhbərinə mətbuata çıxmaq qadağan edilmişdi. Lakin Rusiya ilə Türkiyənin münasibətləri gərginləşən kimi Ermənistan ordusu yenidən tam “ekipirovkada” özünü göstərdi. Ermənilər qəfləti hücuma keçib Azərbaycan hərbçisini şəhid etdilər, ikisini yaraladılar. Bu atəşkəs rejiminin pozulmasının əsas müəllifinin Ermənistan olduğunu nümayiş etdirən aydın misaldır. ATƏT MQ-nin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və bu iki ölkənin sərhəddindəki hərbi insidentləri, bu insidentlərin tədqiqi mexanizmini daim aktuallaşdırması Ermənistanın strategiyasının digər tərkib hissəsidir. ATƏT MQ tənzimləmə imitasiyası yaratmaqda Ermənistana kömək edəcəyi barədə öhdəliyinə bu günədək sadiqdir".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

XİN rəhbəri: "Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqinə böyük önəm verir"

23 Sentyabr 2017 05:43

Meksikada zəlzələ qurbanlarına yardım aparan vertolyot qəzaya uğrayıb

23 Sentyabr 2017 05:42

Polis hissələrindən başqa quruma keçən əməkdaşların vəzifə maaşı saxlanılacaq

23 Sentyabr 2017 05:22

Giləzi və Sitalçayda 1 147 ədəd partlamamış hərbi sursat tapılıb

23 Sentyabr 2017 04:52

Metronun Memar Əcəmi stansiyası yaxınlığında bıçaqlanma olub

23 Sentyabr 2017 04:47

Rusiyada ağır qəza: 9 ölü

23 Sentyabr 2017 04:43

Toy gecəsi gəlin öldü, bəy türməyə girdi

23 Sentyabr 2017 04:39

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28