Saatlıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən regional konfrans başa çatıb

Saatlıda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən regional konfrans başa çatıb
16:02 16 Dekabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Saatlı rayonunda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən iki günlük regional konfrans başa çatıb. Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.
Regionda fəaliyyət göstərən dini icma sədrlərinin, ağsaqqalların, axundların, eləcə də fəal dindarların iştirak etdiyi konfransda çıxış edən DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkilindən, mövcud imkanlardan və perspektivlərdən danışıb.
Şöbə müdiri radikalizmlə mübarizədə dini icmaları fəal olmağa çağrıb. O, qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu sahədə ən effektiv vasitə maarifləndirmə işidir.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev dini icmaların radikal təsirlərdən qorunması məsələlərindən bəhs edərək bildirib ki, gənclərin radikal cərəyanların təsirindən qorunması, dini baxışlarının sağlam müstəvidə formalaşdırılması və din xadimlərinin məlumatlandırılması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac var.
Saatlı rayon Ağsaqallar Şurasının sədri Adil Nağıyev isə rayon ağsaqqallarının dini radikalizmlə mübarizədə hər zaman dövlətin yanında olduqlarını diqqətə çatdırıb.
Konfransda çıxış edən Saatlı şəhər Cümə məscidinin axundu, bölgə qazısı Vadər Əliquliyev bölgədəki dini durum barədə geniş məlumat verib. Bununla da iki günlük regional konfrans öz işini başa çatdırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/din/enenevi-i-slam-deyerleri-ve-muasirlik-movzusunda-regional-konfrans-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR