“Nar” rouminq tariflərinə endirim kampaniyasına başlayıb

“Nar” rouminq tariflərinə endirim kampaniyasına başlayıb
16:43 16 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
“Nar” mobil operatoru rouminq tariflərinə endirim kampaniyasına başlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, kampaniya çərçivəsində 1-ci zonaya aid ölkələrdə olan “Nar” istifadəçiləri internetdən 50 faiz endirimlə, 2-ci zonaya daxil olan ölkələrdəki abunəçilər isə 40 faiz endirimlə yararlana biləcəklər. Bundan başqa, hər iki zonaya daxil olan ölkələrdəki “Nar” istifadəçiləri Azərbaycana zəng edərkən 10 faiz endirim fürsətindən də faydalanacaqlar.
Kampaniya yanvarın 15-dək davam edəcək.
Rouminq zonaları və tariflər haqqında ətraflı məlumatı www.nar.az saytından əldə etmək olar.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR