Lənkəranda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar-müşavirə keçirilib

Lənkəranda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar-müşavirə keçirilib
17:58 16 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC 
Dekabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Lənkəranda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar-müşavirə keçirilib.
DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə komitə sədrinin müavini Gündüz İsmayılov dini radikalizmi doğuran səbəblər, dövlət və cəmiyyət, eləcə də milli mənəvi dəyərlər üçün təhlükəli sayılan belə tendensiyaların qarşısının alınmasında dövlət və dindarlar arasında birliyin mövcud olduğunu söyləyib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov rayonda dini radikalizmlə mübarizədə mövcud həmrəylikdən danışıb. O, radikal hərəkətlərin rayon ictimaiyyəti tərəfindən pisləndiyini və radikallara qarşı görülən tədbirlərin birmənalı şəkildə dəstəkləndiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov rayonda dini vəziyyət barədə məlumat verib, radikalizmlə mübarizədə görülən tədbirlərdən söhbət açıb. O qeyd edib ki, din adı ilə təqdim edilən radikal baxışlı ideoloji təlimlərin əsas məqsədlərindən biri cəmiyyət daxilində mövcud olan möhkəm həmrəyliyə pozucu təsir göstərməkdir.
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Qəni Axundzadə dini radikalizmlə mübarizədə maarifləndirmə işinin təşkilinin, xüsusilə bölgədə dini təhsil müəssisələrinin yaradılmasının önəmini qeyd edib.
Digər çıxış edənlər radikal dini cərəyanların fəaliyyətinin yolverilməz olduğunu bildiriblər.
Sonra komitənin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Rüstəm Ramazanov dini radikalizmlə mübarizədə dini icmaların rolu mövzusunda məruzə ilə çıxış edib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR