[ 09 Fevral 2015 11:14 ]
Bakı. Könül Kamilqızı - APA. Bütün dünyada ən azı 250 milyon aşağı məktəb yaşlı uşaq (azı dörd il məktəbə gedən uşaqlar da daxil olmaqla) minimal təhsil standartları çərçivəsində oxumağı, yazmağı və hesablamağı kifayət qədər yaxşı bacarmır.
APA-nın xəbərinə görə, UNESCO-nun Statistika İnstitutu və Brukinq İnstitutunun Ümumi Təhsil Mərkəzi «Ümumi təhsilə doğru: Tədris göstəriciləri üzrə Hədəf qrupunun tövsiyələri» adlı məruzəsində qeyd olunub ki, beynəlxalq səviyyədə təhsilin asanlığı ilə bağlı situasiyanın yaxşılaşdırılması sahəsində qəbul olunan öhdəliklərə və nailiyyətlərə baxmayaraq təhsilin səviyyəsi əvvəlki kimi aşağıdır.
Təhsildə ümumdünya böhranı bölməsində əks olunub ki, uşaqların və gənclərin çoxu tam, sağlam həyat tərzi üçün zəruri olan təməl biliklərə, vərdiş və ixtisarlara yiyələnmədən, tədrisi ibtidai və orta təhsil səviyyəsində başa vururlar. Ümumdünya məruzəsində yer alan dəyərləndirmələrə görə, təxminən 120 milyon uşaq heç vaxt məktəbə getməyib və ya heç dörd il təhsil almadan məktəbi tərk edib. Bütün dünya üzrə, dörd ildən az olmayaraq məktəbdə oxumuş oğlan və qızlar da daxil olmaqla, ibtidai məktəb yaşlı ən azı 250 milyon uşaq oxuma, yazma və hesablama üzrə minimal təhsil standartlarını mənimsəməyib. Orta məktəbi bitirənlər də daxil olmaqla, 200 milyon oğlan və qız iş və həyat üçün zəruri vərdişlərə yiyələnməyib.
“Daha pis odur ki, böhranın miqyası tam şəkildə dərk olunmur: çox güman ki, qeyd olunan rəqəm azaldılmış rəqəmdir, çünki beynəlxalq səviyyədə uşaqların və gənclərin təhsil səviyyəsinin qiymətləndirilməsi prosesi məhdud və problematikdir. Əgər dünya ictimaiyyətinin nümayəndələri olaraq biz vədlərin yerinə yetirilməsi ilə bağlı məsuliyyət daşıyırıqsa, uşaqların və gənclərin tam dünya vətəndaşı olmasına yardım etmək məqsədilə onların zəruri bilik və bacarıqlara yiyələnməsi üçün tədbirlər görməliyik. Aşağı təhsil səviyyəsi bütün dünyada gəlir səviyyəsi yüksək, orta və aşağı olan ölkələrdə milyonlarla uşaq və gəncin gələcəyini təhlükə altında qoyur. Biz hələ də böhranın bütün miqyasını bilmirik, çünki çox ölkələrdə təhsil nailiyyətlərinin qiymətləndirilməsi prosesi məhduddur və nəticə etibarı ilə beynəlxalq miqyasda qiymətləndirmə aparmaq çətindir. Keyfiyyətsiz təhsil bütün dünya üzrə gəlir səviyyəsi yüksək, orta və aşağı olan ölkələrdəki milyonlarla uşaqların və gənclərin gələcəyini təhlükəyə məruz qoyur. Böhranın tam miqyası bizə hələ də bəlli olmadığından əksər ölkələrdə tədrisin uğurlarının ölçülməsi prosesi məhduddur və nəticə etibarilə dünya miqyasında qiymətləndirmə aparmaq çox mürəkkəb məsələdir. Tədrisin nəticələri barədə beynəlxalq səviyyədə məlumatların yoxluğu təhsilin keyfiyyətinin yaxşılaşdırılması prosesini ləngidir. Səhih məlumatların kasadlığı, tədrisin sistemli şəkildə qiymətləndirilməsi və nəticələrinin araşdırılması imkanlarının yetərincə olmaması ucbatından, zaman keçdikcə, bir çox ölkələrdə qərarların qəbul edilməsi və hesabatın təqdim olunması mümkün olmur. Təhsil sahəsində böhranın tam miqyasını dərk etmək üçün etibarlı məlumatlara kəskin tələbat var. Yalnız bu zaman biz strategiyanı cəmiyyətin tələbatına uyğun şəkildə işləyib hazırlaya, inkişafı tədqiq edə və baş verənlərdən xəbərdar ola bilərik”, - deyə məruzədə bildirilib.
Qeyd edək ki, UNESCO-nun Statistika İnstitutu və Brukinq İnstitutunun Ümumi Təhsil Mərkəzi “Ümumi təhsilə doğru: Tədris göstəriciləri üzrə Hədəf qrupunun tövsiyələri” adlı sənəd nəşr etdirib geniş kütlənin istifadəsinə verib. Hədəf qrupu 2012-ci ilin iyulundan 2013-cü ilin sentyabrınadək olan dövrdə keçirilən görüşlərin iştirakçısı olub, 30 təşkilatla təmsil olunan hərtərəfli qrupdur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Məleykə Abbaszadə və TQDK-nın bir neçə əməkdaşları da həmin qrupun tərkibinə daxildir. Təhsil göstəriciləri üzrə Hədəf qrupunun yaradılmasının əsas məqsədi - təhsil məsələləri üzrə beynəlxalq dialoqun istiqamətini «asan təhsil» problemindən «asanlıq, üstəgəl təhsilin keyfiyyəti» probleminə doğru dəyişməkdir. 18 ay davam edən və bu tövsiyələrin hazırlanması ilə başa çatan proses “Ümumi təhsilə doğru” adlı üç məruzədən ibarət seriyada təsvir olunur. “Ümumi təhsilə doğru: Tədris göstəriciləri üzrə Hədəf qrupunun tövsiyələri” adlı yekun məruzə Təhsil göstəriciləri üzrə Hədəf qrupu üzvlərinin, üç texniki işçi qrupunun və dünyanın 118 ölkəsindən 1700-dən çox ayrı-ayrı iştirakçının məsləhətləşmələr prosesində əks əlaqəni təmin edən birgə işinin nəticəsidir.