Sankt-Peterburqda azərbaycanlı ailəyə qarşı qanunazidd hərəkətlərə yol verilməsi faktına dair cinayət işi başlanıb

12:43 17 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan İradə Rəcəbəliyevaya və onun yetkinlik yaşına çatmayan övladlarına qarşı zorakılıq hərəkətlərinə yol vermiş polis əməkdaşları barəsində qanunamüvafiq tədbirlər görülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 2015-ci ilin iyulunda Rusiya Federasiyasının Baş Prokurorluğuna müraciət edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət əsasında Rusiya Federasiyasının İstintaq Komitəsi müvafiq araşdırmalar aparıb və bu ölkənin Cinayət Məcəlləsinin 286-cı (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işinin istintaqı Rusiya Baş Prokurorluğunun nəzarətinə götürülərək polis əməkdaşları tərəfindən İ.Rəcəbəliyevaya qarşı yol verilmiş qanunazidd hərəkətlərin araşdırılması istiqamətində müvafiq istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sankt_Peterburqda_azerbaycanli_aileye_qarsi_qanunazidd_hereketlere_yol_verilmesi_faktina_dair_cinayet_isi_baslanib-911993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR