İsveç öz qırıcılarını İŞİD-ə qarşı əməliyyata göndərməkdən imtina edib

İsveç öz qırıcılarını İŞİD-ə qarşı əməliyyata göndərməkdən imtina edib
15:33 17 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 17 dekabr, AZƏRTAC
İsveç Hərbi Hava Qüvvələrinin ölkələrin İŞİD-ə qarşı mübarizə koalisiyasında iştirakı haqqında Fransanın müraciətindən sonra İsveçdə “Sosial demokratların və yaşılların” hakim sol mərkəzçi koalisiyası bildirib ki, onlar İsveç qırıcı təyyarələrini regiona göndərmək niyyətində deyillər.
İsveçin xarici işlər naziri Marqot Valström bildirib ki, əsas səbəb BMT mandatının olmamasıdır.
Nazir deyib: “Beynəlxalq hüquq sahəsindəki ekspertlərimiz deyirlər ki, bu cür məsələlərlə bağlı qərarların qəbulunu “boz zona”ya düşür, yəni həmin addımın gərəkliliyi və gərəksizliyi yetərincə aydın deyil”.
Marqot Valström fikrini davam etdirərək vurğulayıb: “BMT Suriyada terrorizm əleyhinə əməliyyatların keçirilməsi üçün müvafiq mandat versə, hər şey dəyişə bilər. O vaxtadək biz beynəlxalq hüquqa qarşı getməmək üçün qərarlarımızda çox diqqətli olmalıyıq”.
Amma nazir bildirib ki, İsveç Fransaya nəqliyyat təyyarələri təklif edir. O deyib: “Bu bahalı, eyni zamanda logistikanın təminatı nöqteyi-nəzərindən həqiqətən vacib, çox əhəmiyyətli töhfədir”. Nazir bildirib ki, Fransa İsveçdən silah təchizatını xahiş edib. Bu müraciətə gələn il baxılacaq və ixraca rəsmi icazə verilərsə, təmin ediləcək.
Qeyd edək ki, noyabrın 13-də Parisdə bir sıra terror aktlarından sonra İsveç hökumətinin nümayəndələri terrorçulara qarşı mübarizədə həmrəy olduqlarını bildiriblər. NATO-ya daxil olmayan İsveç hazırda kürd əsgərlərinə təlim keçmək üçün İraqa 35 mütəxəssis göndərib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_oz_qiricilarini_ISID_e_qarsi_emeliyyata_gondermekden_imtina_edib-912065

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR