“ATV Qalereya”da gənc rəssamın ilk fərdi sərgisi açılıb

“ATV Qalereya”da gənc rəssamın ilk fərdi sərgisi açılıb
18:13 17 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 17-də "Azad Azərbaycan" şirkətinin “ATV Qalereya” sərgi salonunda gənc rəssam Nərmin Abdullayevanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, “Azad Azərbaycan” şirkətinin prezidenti, Əməkdar Jurnalist Vüqar Qaradağlı "ATV qalereya"da artıq üçüncü sərginin açılıdığını bildirib. Bu dəfə rəsmsevərlər yeni adlar layihəsi çərçivəsində gənc rəssam Nərmin Abdullayevanın yaradıcılığı ilə tanış olacaqlar. Kağız və kətan üzərində işlənən bir-birindən maraqlı əsərlərlə tanışlıq böyük sənət yollarında ilk uğurlu addımlarını atan Nərminin zəngin mənəvi dünyasından xəbər verir.
Xalq rəssamı Arif Hüseynov çıxış edərək bildirib ki, Nərmin Abdullayeva bu gün Azərbaycan təsviri sənətində məhsuldar yaradıcılığı və ictimai fəaliyyəti ilə seçilən gənclərdəndir. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dizayn fakültəsində təhsil almış peşəkar bir rəssamdır. N.Abdullayeva batika üzərində yaratdığı əsərlər özünün ekspressiyası, rəng əlvanlığı və tutumu ilə seçilir.
Milli Məclisin deputatı Jalə Əliyeva gənc rəssam Nərmin Abdullayevanı ilk fərdi sərgisi münasibətilə təbrik edib, onun əsərlərinin özünəməxsusluğundan soza aşıb və müəllifə uğurlar arzulayıb.
N.Abdullayeva sərgiyə gələnlərə minnətdarlığını bildirib və hamını yaradıcılığı ilə yaxından tanış olmağa dəvət edib.
Sərgi bir aya davam edəcək.













Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ATV_Qalereyada_genc_ressamin_ilk_ferdi_sergisi_achilib-912153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR