Gənclər Fondu 8-ci qrant müsabiqəsini elan etdi (FOTO)

Gənclər Fondu 8-ci qrant müsabiqəsini elan etdi (FOTO)
18:53 17 Dekabr 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 15-ci iclası keçirilib.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantının gündəliyinə 8-ci qrant müsabiqəsinin elan edilməsi, fiziki şəxslərə beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına dəyişikliklərin edilməsi, Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və s. məsələlər daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 2012-2015-ci illərdə Fond tərəfindən keçirilmiş 7 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 2333 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün 13,5 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirib. Qeyd edib ki, yeni elan ediləcək müsabiqə də, əvvəlkilər kimi, ilk növbədə, gənclərin intellektual, fiziki və mənəvi inkişafına, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında onların fəal iştirakının təmin edilməsinə yönəlib.

İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 12, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 4, “C” kateqoriyası (fərdi layihələr) üzrə 13 istiqamət təsdiq edilib, layihələrin təqdim olunması üçün 1 ayadək müddət (18 dekabr 2015-ci il - 15 yanvar 2016-cı il) müəyyənləşdirilib. Müsabiqənin istiqamətləri sırasına dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili, internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına yardım, 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək və s. yeni mövzular əlavə edilib.

İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na dəyişikliklərin layihəsi müzakirəyə çıxarılıb. Layihəni təqdim edən Fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, bu qrantların 16-29 yaşlı tədqiqatçılara, ictimai fəal, istedadlı və yaradıcı gənclərə verilməsi nəzərdə tutulub. Eyni şəxs il ərzində Fonddan bir dəfə səfər qrantı ala bilər. Sənəddə göstərilir ki, Fond beynəlxalq tədbirdə iştirak üçün tələb olunan nəqliyyat və ya yaşayış xərclərindən yalnız birini ödəyə bilər. Bir neçə şəxs eyni tədbirdə iştirak etmək üçün müraciət edərsə, onlardan yalnız birinə qrant verilə bilər. Ayrılmış vəsaitin 70 faizi səfərdən əvvəl, qalan hissəsi isə səfər başa çatdıqdan və hesabat təqdim edildikdən sonra ödənilir. Fond qrantın təyinatı üzrə xərclənmədiyini, resipiyentin beynəlxalq tədbirdə iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 ilədək müddətə məhdudlaşdıra, dayandıra və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər tədbirlər görə bilər. Dəyişikliklərin layihəsi və ona əlavə olunmuş hesabat forması müzakirələrdən sonra Müşahidə Şurası tərəfindən təsdiq edilib.

İclasda Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı müzakirə aparılıb, müvafiq təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim olunması barədə qərar qəbul olunub.

İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri – gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiyasının sədri Nurəddin Mehdiyev, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, sektor müdirləri Vaqif Seyidbəyov və Orxan Ərəbov iştirak ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11