Vergilər Nazirliyi iki mükafata layiq görülüb

Vergilər Nazirliyi iki mükafata layiq görülüb
17:58 18 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilmiş Milli İnternet Mükafatı tədbirində Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Elektron Hökumət” nominasiyası üzrə qalib seçilib. Nazirliyin Facebook şəbəkəsindəki rəsmi səhifəsi isə “Ən yaxşı sosial şəbəkə səhifəsi” nominasiyası üzrə 1-ci yeri tutub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Təqdim olunan saytlardan 299-u müsabiqəyə qəbul edilərək, səsvermədə iştirak edib.
Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və digər sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Xatırladaq ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Humay” (“İlin ən uğurlu internet layihəsi” nominasiyası), iki dəfə “Netty” (“İlin ən yaxşı dövlət saytı” nominasiyası), “Milli NET” (“Ən yaxşı dövlət və bələdiyyə saytları” nominasiyası), “İntellekt” ilin layihəsi mükafatına (“Maliyyə” nominasiyası üzrə), Media İnstitutunun mükafatına (Mərkəzi dövlət qurumlarının Onlayn Şəffaflığı monitorinqinin nəticələrinə görə), Avrasiya Hüquqşünaslar Assosiasiyasının Fəxri Diplomuna (Hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə) və Beynəlxalq World Summit Award (“E-Hökumət” nominasiyası) mükafatlarına layiq görülüb.
Bununla yanaşı, Vergilər Nazirliyinin rəsmi internet səhifəsi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən keçirilən dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqinin nəticələrinə görə 7 il ardıcıl olaraq 1-ci yer tutur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vergiler_Nazirliyi_iki_mukafata_layiq_gorulub-912468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR