Azərbaycanın xarici işlər naziri “İRS” jurnalına müsahibəsində ölkəmizin Vyetnamla əlaqələrindən danışıb

18:18 18 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
“İRS” jurnalının Vyetnam dilində nəşr olunan ilk buraxılışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi dərc edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsahibədə E. Məmmədyarov Azərbaycanla Vyetnam arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi münasibətlərin inkişafından məmnunluq ifadə edib. O, hər iki ölkə başçılarının qarşılıqlı səfərlərinin bu məsələdə həlledici rol oynadığını bildirib. Nazir, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib, BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İkitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyətinə toxunan nazir 2014-cü ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə Hanoy şəhərində keçirilmiş biznes forumu, SOCAR və Petrovyetnam şirkətləri arasında qurulmuş əməkdaşlığı qeyd edib. O, yaxın gələcəkdə hökumətlərarası iqtisadi komissiyanın işə başlaması ilə bu istiqamətdə arzuolunan nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat E.Məmmədyarov münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, işğal faktının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əsas təhdid olduğunu diqqətə çatdırıb. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik ifadə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_xarici_isler_naziri_IRS_jurnalina_musahibesinde_olkemizin_Vyetnamla_elaqelerinden_danisib-912485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR