Milli Məclis ABŞ-dan gələn zərbəyə cavab verdi (VİDEO)

Milli Məclis ABŞ-dan gələn zərbəyə cavab verdi  (VİDEO)
18:21 18 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu günkü iclasında ABŞ-ın Helkinsi Komisiyasının Azərbaycanla bağlı hazırladığı layihə tənqid edildi.

ANS TV-nin məlumatına görə, konqressmen Kris Smitin Azərbaycana qarşı sanksiya tətbiq etmək təklifi, onun ermənipərəst mövqeyi ilə izah edildi. Spiker Oqtay Əsədov Birləşmiş Ştatların Azərbaycandakı səfirinə səslənərək ondan izahat verməsini tələb edib: “Amerika səfirinə deyin, qoy jurnalistlərə bir açıqlama versin. Görək məsələnin kökü nədən ibarətdir. Bu Amerika dövlətinin mövqeyidir, yoxsa ermənipərəsət bir deputatın fikiri?”.

Milli Məclisdə bu münasibətin ABŞ-ın, Dövlət Departamentinin yoxsa hansısa ermənipərəst konqerssmenin fikirləri olması barədə açıqlama verməsi istənilib.

Deputat Fazil Mustafa isə konqresmen Kris Smiti başıpozuq adlandırdı. Millət vəkili Fazil Mustafa eyni zamanda əfv siyahısaına baxılmasını da vacib hesab edir: “Bu, Amerika konqresinin münasibəti deyil. Bu, hansısa bir başıpozulmuş senatın özfəaliyyətidir. Bundan başqa qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanılıarın Həmrəylik Günü münasibətilə əhv siyahısını genişləndirmək lazımdır. Gəlin, biz bunu özümüz üçün edək, başqasının tələbinə görə yox”.

Komitə sədri Səməd Seyidov bunu Amerika maraqlarına zidd bir iş kimi qiymətləndirir. Eyni zamanda, Azərbaycana qarşı olan təxribat kimi dəyərləndirir.

ABŞ-ın Helsinki Komissiyasının (Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Komissiyası - The Commission on Security and Cooperation in Europe (CSCE)) rәhbәri, konqresmen Kristofer Smit "Azәrbaycan Demokratiya Aktı 2015" adlı layihә hazırlayıb.

Qurumun saytında verilən mәlumata görә, layihәdә insan haqlarının durumu ilә bağlı Azәrbaycandakı bəzi rəsmi şәxslәrә ABŞ vizasının verilmәsinin dayandırılması ilə bağlı təklif də var.

Konqresmen layihədə qeyd edib ki, Azәrbaycanda bəzi tanınmış şəxslər, o cümlədən “jurnalist, müxalifət funksionerləri və hüquq müdafiəçiləri həbsdə olduğu üçün ölkənin rəsmi şəxslərinin ABŞ-a rahat sәfәr etmәsi qәbuledilmәzdir".

Qeyd edək ki, The Commission on Security and Cooperation in Europe (CSCE)- Avropa Tәhlükәsizlik vә Әmәkdaşlıq Komissiyası ABŞ Helsinki Komissiyası kimi tanınır. Bu qurum Konqres tәrәfindәn Helsinki Final Aktının vә ATӘT-in digәr öhdәliklәrinin yerinә yetirilmәsini yoxlamaq vә tәşviq etmәk mәqsәdilә yaradılıb.


Kristofer Smit - CSCE rəhbəri


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367613

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR